valideynlərini itirmiş uşaqlar

Hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər

vakansiya
valyuta əməliyyatları
OBASTAN VİKİ
Uşaqlar
Uşaq — inkişaf mərhələsində olan, yetkin olmayan gənc bir insan. Doğulduğu andan hər bir insan həddi-büluğa çatana qədər uşaq sayılır. Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır. Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır.
Anomal uşaqlar
Anomal uşaqlar – müəyyən qüsur və çatışmazlıqlara görə normal fiziki və ya psixi inkişafdan xeyli dərəcədə geridə qalan, bu səbəbdən də xüsusi şəraitdə təlim-tərbiyəyə ehtiyacı olan uşaqlar. Belə uşaqların inkişafındakı qüsurların və çatışmazlıqların ləğvi, korreksiyası və bərpası xüsusi təlim-tərbiyə müəssisələrində aparılır. Uşaqda hər hansı bir pozğunluğun (məs., qulağın birinin eşitməməsi) olması anomal inkişafı müəyyən etmir. Belə hallarda uşaqların fiziki və psixi inkişafı pozulmur və onlar anomal uşaq kateqoriyasına aid edilmirlər. Anomal uşaqlarının ümumi inkişaf qanunauyğunluqlarının, onların təlim-tərbiyə metodlarının öyrənilməsi defektologiyanın tədqiqat obyektidir. Qüsurlar və çatışmazlıqlar anadangəlmə və qazanılmış ola bilər. Anadangəlmə qüsurların yaranmasında irsi faktorlar, hamiləlikdə dölə zərərli [[Təsir|təsirlər](intoksikasiya, alkoqol, bətn daxili infeksiya, travma), həmçinin asfiksiya və doğuş travmasının xüsusi rolu vardır. Qazanılmış anomaliyalar, əsasən, erkən yaş dövründə keçirilmiş yoluxucu xəstəliklərin (meningit, poliomelit və s.), travma, intoksikasiya və s. nəticəsində yaranır.
İndiqo uşaqlar
İndiqo uşaqlar — qeyri-adi qabiliyyətə, fenomen istedada malik yeni nəsil insanlar. İndiyə qədər elm hesab edirdi ki, Homo Sapiens təkamülün ən yüksək dərəcəsidir, amma alimlər indi daha çox ehtimal edir ki, bizim öz növümüz də inkişaf mərhələsindədir. Söhbət indiqo uşaqlardan gedir. "İndiqo uşaqlar" haqqında ilk dəfə amerikan ekstrahiss və sinestetiki Nensi Enn Tepp 1982-ci ildə çıxardığı "İşıq vasitəsilə həyatı necə qaydaya salmaq olar" kitabında qeyd etmişdir. Ekstrahiss insanların auralarını yoxlaması zamanı bu qeyri-adi uşaqların aurasının başqalarından fərqli rəngdə — tünd göy rəngdə olduğunu bildirmiş və belə auralı insanları indiqo insanlar adlandırmışdır. İndiqo uşaqların istedadı həqiqətən fenomenaldır. V. İ. Vernadski demişdir ki, XX əsrdə insan noosfera ilə əlaqə qurmağı öyrənəcək və yeganə əlaqə vasitəsi intuisiya olacaq. İndiqoların fərqli cəhəti də odur ki, onlar ətraf aləmi dərk etmək üçün intuisiyaya daha çox üstünlük verirlər. Müəyyən situasiyanın həlli yolunu intuisiya ilə daha çox tapırlar. Bunda əlavə, indiqo rəngli auraya malik insanlar telepatik olaraq uzaq məsafələrdən bir-biri ilə əlaqə qurumağı da bacara bilirlər.
Uşaqlar evi
Uşaqlar qayıdırlar
Uşaqlar qayıdırlar — Takeşi Kitano filmi. Bu film günümüzə qədər Kitanonun Yaponiyada ən uğurlu filimidir. Bundan əvvəl, onun filmləri beynəlxalq izləyiciləri tərəfindən vətənidəki izləyiciləri ilə müqayisədə daha böyük həvəslə qəbul olunurdu.
Uşaqlar (film)
Uşaqlar (ing. Kids) — Lerri Klarkın rejissorluğu ilə 1995-ci ildə çəkilmiş ABŞ filmi. Ssenarisi Harmoni Korin tərəfindən yazılıb. Film Nyu-York şəhərində yaşayan bir qrup hedonist yeniyetmədən bəhs edir.
Elektrik uşaqlar
Elektrik uşaqlar (ing. Electrick Children) — 2012-ci ildə istehsal olunmuş müstəqil ABŞ filmi. Rebekka Tomasın ssenarisi və rejissorluğu ilə ərsəyə gəlib. Yuta ştatında cərəyan edən film sərt Mormon icmasından olan yeniyetmə qız Reyçeldən bəhs edir. Reyçel kasetdə mahnı dinləməklə möcüzəvi şəkildə hamilə qaldığına inanır. == Rollarda == Julia Garner — Rachel McKnight Rori Kalkin — Clyde Liam Aiken — Mr.
Balaca uşaqlar (film)
Balaca uşaqlar ― 2006-cı ildə Todd Field tərəfindən Tom Perrotta tərəfindən yazılmış romana əsasən çəkilmiş Amerikan dram filmi.
Uşaqlar Günü (Yaponiya)
Uşaqlar günü (こどもの日, Kodomo no hi) – Yaponiyada hər ilin 5 mayında baş tutan milli bayram. Uşaqlar günündə ailələr oğlanlara döyüşçü kuklaları verirlər. Oğlan uşaqları koynobori uçururlar, kaşivamoçi və çimaki yeyirlər. Bayramın orijinal adları Tanqo festivalı və ya Süsən festivalı idi. Qədim Çində hər ilin beşinci ayının beşinci günündə dərman bitkilərini toplamaq və karnizdən yomoqi asmaq ənənəsi mövcud idi ki, xəstəliklər evdən uzaq olsun. Bu ənənə Yaponiyaya keçəndə çəltik əkinçiliyi ilə bağlı olan tabularla və purifikasiya ritualları ilə əlaqələndirilmişdir. Tanqo festivalı ilə bağlı ilk tarixi qeydlər 839-cu ilin 5-ci ayının 5-ci gününə aiddir. Süsənlərin şəri qovduğuna inanıldığı üçün Nara dövründə insanlar həmin gün süsən çələngi taxırdılar. Bu adətlər zamanlar unudulsa da, müasir dövrdə bəzi evlərdə süsən və yomoqidən istifadə etmək ənənəsinə rast gəlinir. Digər adətlərə süsən ləçəkləri ilə birlikdə düyü şərabı içmək və suda üzən süsənlərlə birlikdə hamam qəbul etmək aiddir.
Ümumdünya Uşaqlar Günü
Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) — 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub. BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul etmişdir. BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib.
İtmiş uşaqlar (1987)
İtmiş uşaqlar (Lost Boys) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri Ərindən ayrılan və maddi çətinliklərlə üzləşən bir qadın biri bədəncə çox iri, digəri isə kiçik olan iki oğlan övladı ilə birlikdə atasının Kaliforniyanın kiçik bir kəndi olan Sant Karladakı evinə köçür. Uşaqlardan kiçiyi Sam (Corey Haim) yerli cizgi roman­lar mağaza­sın­da işləyən iki nəfər yaşıdı ilə tanış olur. Bu iki dost vampir ovçuları olduqlarını bildirərək bu kəndin vampirlərlə dolu olduğunu iddia edir­lər. Digər tərəfdən böyük qardaş Mike (Jason Patric) kəndin bir moto­siklet qrupunda olan təhlükəli görünüşlü bir qıza aşiq olur. O, psixopat görünüşlü Davidin (Kiefer Sutherland) rəhbərlik etdiyi bu qrupa qatılıb qıza yaxınlaşmaq üçün əlindən gələni edir. Mikenin bilmədiyi şey idə bu gənclərin adi bir motosiklet qrupundan əlavə, başqa bir işlə məşğul olmalarıdır.
Uşaqlar yaxşıdır (film)
Uşaqlar yaxşıdır (ing. The Kids Are All Right) — Liza Xolodenkonun rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan komediya-dram filmi. Film süni mayalandırma yolu ilə uşaq sahibi olmuş lezbiyan cütlükdən bəhs edir. Onların uşaqları yeniyetməlik yaşına çatdıqda bioloji atalarını görmək istəyirlər. Film "Qızıl Qlobus" mükafatına layiq görülmüş, həmçinin "Oskar" daxil olmaqla bir çox mükafata namizədlik əldə etmişdir. filminfocus.com/the_kids_are_all_right/ — Uşaqlar yaxşıdır rəsmi saytı The Kids Are All Right — Internet Movie Database saytında.
Balaca uşaqlar (film, 2006)
Balaca uşaqlar ― 2006-cı ildə Todd Field tərəfindən Tom Perrotta tərəfindən yazılmış romana əsasən çəkilmiş Amerikan dram filmi.
Uşaqlar qayıdırlar (film, 1996)
Uşaqlar qayıdırlar — Takeşi Kitano filmi. Bu film günümüzə qədər Kitanonun Yaponiyada ən uğurlu filimidir. Bundan əvvəl, onun filmləri beynəlxalq izləyiciləri tərəfindən vətənidəki izləyiciləri ilə müqayisədə daha böyük həvəslə qəbul olunurdu.
İndiki uşaqlar möcüzədir (roman)
İndiki uşaqlar möcüzədir - Əziz Nesinin 1967-ci ildə yazdığı romandır. 2014-cü ilin aprel ayından etibarən 68-ci nəşri olan bu kitab indiyədək 525.000 tirajla nəşr olunub və yazıçın ən çox satılan kitabıdır. Əhməd və Zeynəb adlı iki uşaq ayrılır və bir-birlərinə yaşadıqlarını məktublar vasitəsilə danışırlar. Əhməd və Zeynəb əvvəllər eyni məktəbdə oxuyublar, lakin sonradan Zeynəb Ankaraya köçüb. Məktub yazacaqlarına söz verdilər. Zeynəbin Mətin adlı qardaşı, Əhmədin isə Fatoş adlı bacısı var. Əhməd Zeynəbə, Zeynəb isə Əhmədə məktəbdə və evdə yaşadıqları hadisələri danışır. Bu kitab uşaqların analarına, atalarına və müəllimlərinə necə baxdıqlarını təsvir edir və uşaqlara özlərini necə müdafiə etməyi öyrədir. Şimdiki Çocuklar Harika [1] Şimdiki Çocuklar Harika [2] "İndiki uşaqlar möcüzədir". "Kitab evim".
İtmiş uşaqlar (film, 1987)
İtmiş uşaqlar (Lost Boys) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri Ərindən ayrılan və maddi çətinliklərlə üzləşən bir qadın biri bədəncə çox iri, digəri isə kiçik olan iki oğlan övladı ilə birlikdə atasının Kaliforniyanın kiçik bir kəndi olan Sant Karladakı evinə köçür. Uşaqlardan kiçiyi Sam (Corey Haim) yerli cizgi roman­lar mağaza­sın­da işləyən iki nəfər yaşıdı ilə tanış olur. Bu iki dost vampir ovçuları olduqlarını bildirərək bu kəndin vampirlərlə dolu olduğunu iddia edir­lər. Digər tərəfdən böyük qardaş Mike (Jason Patric) kəndin bir moto­siklet qrupunda olan təhlükəli görünüşlü bir qıza aşiq olur. O, psixopat görünüşlü Davidin (Kiefer Sutherland) rəhbərlik etdiyi bu qrupa qatılıb qıza yaxınlaşmaq üçün əlindən gələni edir. Mikenin bilmədiyi şey idə bu gənclərin adi bir motosiklet qrupundan əlavə, başqa bir işlə məşğul olmalarıdır.
Uşaqlar ittiham edir (film, 1989)
Film Sumqayıt şəhərində kimya zavodlarının tüstüsündən zəhərlənib tələf olanların acınacaqlı taleyindən bəhs edir. Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Rauf Nağıyev Operator: Yuri Varnovski Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348-350.
Ölüm yoxdur, uşaqlar! (film, 1970)
Ölüm yoxdur, uşaqlar! — 1970-ci ildə Türkmənfilmdə çəkilmiş SSRİ ağ-qara filmi. Rejissoru Bulat Mansurovdur. Film Böyük Vətən müharibəsinin son günlərində kiçik bir sovet əsgərinin nasistlərlə bərabər olmayan bir döyüşə necə getdiyini izah edir. Filmin baş qəhrəmanı Leytenant Vladimir Rubinin - Sovet İttifaqı Qəhrəmanı Vladimir Rubinskinin prototipi filmin ssenari müəllifi Seyitniyaz Atayevin əsgər yoldaşıdır. 4 May 1945-ci il, Berlin artıq təslim olub və ələ keçirilib. Müharibə bir neçə günə başa çatacaq. Topçu Volodya Rubinin rəhbəri olduğu piyada kəşfiyyat tağımından ibarət 66 nəfərlik dəstə, Elba çayı sahilində ABŞ işğal zonasına keçməyə cəhd edən özündən qat qat böyük qüvvəyə malik nasist dəstəsi ilə üz-üzə gəlir. Faşistlər əvvəlcə qarşılarında kiçik bir dəstənin olduğunu anlamadan ağ bayraq qaldıraraq katolik keşişlər vasitəsi ilə danışıqlar aparmağı təklif edirlər. Eyni zamanda, alman generalı yalnız özü ilə eyni rütbəyə malik şəxslə danışıqlara gedəcəyini bəyan edir.
Milli Suverenlik və Uşaqlar Günü
Milli Suverenlik və Uşaq Bayramı — Türkiyə Böyük Millət Məclisinin 23 aprel 1920 tarixindəki açılışının il dönümündə Türkiyə və Şimali Kipr Türk Respublikasında qeyd olunan rəsmi milli bayram. Türkiyə Respublikasının ilk milli bayramıdır.
...Və uşaqlar mahnı oxuyurdular (film, 1987)
Gecəniz xeyrə qalsın, uşaqlar! (veriliş, 1964)
"Gecəniz xeyrə qalsın, uşaqlar!" (rus. Спокойной ночи, малыши!) — 1964-cü il sentyabrın 1-dən yayımlanan SSRİ və Rusiya uşaq verilişi. == İstinadlar == == Xarici keçidlər == Gecəniz xeyrə qalsın, uşaqlar!
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi
Miss Pereqrinin xüsusi uşaqlar üçün evi (film)
Miss Pereqrinin xüsusi uşaqlar üçün evi — Tim Burton tərəfindən 2016-cı ildə çəkilmiş fantaziya-macəra filmi. Ssenari Ransom Riqqsin 2011-ci ildə eyniadlı romanı əsasında Ceyn Qoldman tərəfindən yazılmışdır. Filmdə baş rolları Eva Green, Eysa Batterfild, Chris O'Dowd, Allison Janney, Rupert Everett, Terence Stamp, Ella Purnell, Cudi Dench və Samuel L. Jackson canlandırıb. Çəkilişlər 2015-ci ilin fevralında Londonda başladı. 25 sentyabr 2016-cı ildə Texas ştatının Ostin şəhərində keçirilən Fantastic Fest-də premyerası olan film 20th Century Fox tərəfindən 30 sentyabr 2016-cı ildə ABŞ-də nümayiş etdirilmişdir. Dəhşətli bir ailə faciəsi səbəbindən 16 yaşlı "Jacob (Jake) Portman" əslində nə baş verdiyini öyrənmək üçün Uelsdəki sirli adaya getməyə məcbur olur. Babasından eşitdiyi uşaq nağılları daha mənalı olmağa başladıqca Jake-in adi həyatı birdən-birə qeyri-adiləşir. Fərqli bir dünyaya gəldikdən sonra Miss Pereqrin və onun "xüsusi" uşaqları ilə tanış olur. Lakin bu sehrli nağıl dəhşətli hala gəlməyə başlayır. Jake öz sevdiklərini babasının keçmişindən, qorxulu cənab Barronun başçılıq etdiyi təhlükəli canavarlardan qorumaq üçün həyati bir qərar verməlidir.
Miss Pereqrine'nin xüsusi uşaqlar üçün evi (film)